Ölkə üzrə l siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşaq qəbul olunub.
Bu barədə "Unikal"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesinin sona çatmasına az qalıb.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Qeyd edilib ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.