Ukrayna silahlı qüvvələrinin sıralarında 75 minə yaxın qadın döyüşür.
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan kapitan Vasili Dandikin məlumat yayıb.
"Hazırda Ukrayna silahlı qüvvələrinin sıralarında 75 minə yaxın qadın hərbçi var, ordunun ümumi sayı isə bir milyona yaxındır. Hərbi çağırış yoxdur, qadınlar səfərbər olunmur, könüllü gedirlər. Onların statusları fərqlidir: heyət üzvləri var, amma snayperlər, dron operatorları, döyüşçülər də var”, - Dandikin bildirib.
Gülayə Mecid