Hindistan aviaşirkətinə məxsus təyyarə Türkiyənin şərqində Ərzurumda məcburi eniş edib.
"Unikal" xəbər verir ki, Türkiyənin TRT telekanalının məlumatına görə, yerə enməyə səbəb laynerə bomba qoyulması ilə bağlı mesaj olub.
Qeyd olunur ki, Mumbay-Münhen reysinin göyərtəsində 247 sərnişin var.
İndi istehkamçı mütəxəssislər yoxlama aparırlar.