Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Qeqarkunik rayonunun Sotk kəndi yaxınlığında 70 hektara yaxın ərazidə ot örtüyü yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilir ki, yanğının söndürülməsində yerli sakinlər və bir neçə hərbçi də iştirak edib.
Yanğının səbəbi barədə məlumat verilmir.