İtaliyanın mədəniyyət naziri Cennaro Sanciuliano istefa verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, nazirin istefası 40 yaşlı iş qadını Mariya Rozariya Boçça ilə sevgi münasibətində olması fonunda yayılan qalmaqallarla əlaqələndirilir. Əslən Pompeydən olan Mariya Cennaro Sanciulianonu səfərlərində də müşayiət etməyə başlamışdı. Qadının iddiasına görə, o, “böyük tədbirlərin təşkili üzrə köməkçi” vəzifəsinə təyin edilib. Sonda mətbuatın diqqətini çəkən də budur ki, nazir köməkçisi tədbirin təşkili ilə bağlı məxfi sənədlərlə tanış ola bilirmiş.
Nazir bu təyinatı təkzib edərək Boççanın bütün səfər xərclərini özünün qarşıladığını bildirmişdi. O, Mariya ilə münasibətdə olduğunu etiraf etmişdi.