ABŞ-də prezidentliyə namizəd Donald Trampın rüşvətlə bağlı məhkəmə hökmü noyabrın 26-na təxirə salınıb.

"Unikal" xəbər verir ki, daha əvvəlki qərarda onun həbsi sentyabrın 18-nə təyin edilmişdi. Trampın vəkilləri keçmiş prezidentin cinayət işinə baxan hakimə hökmün noyabrda keçiriləcək prezident seçkilərindən sonraya təxirə salması üçün müraciət etmişdilər. Məhkəmə müraciəti təmin edib.

Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.