İran heç bir münaqişə tərəflərinə, o cümlədən Ukrayna münaqişəsinə silah verməyib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyasının bəyanatında deyilib. 

“İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir ki, bu da insan tələfatının artmasına, infrastrukturun məhvinə və atəşkəs danışıqlarının başlanmasını daha da ləngitməsinə səbəb olacaq", - İran missiyası bildirib.

Qeyd edək ki, Moskva və Tehran İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz təyyarələr kimi silahlar verməsi ilə bağlı xəbərləri dəfələrlə təkzib ediblər.

Fidan Nuriyeva