“Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O xatırladıb ki, tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək:
"Hazırlıq çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzləri yaradılıb. Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək".