Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası I mərhələdə ikinci oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşıb.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində qolu 53-cü dəqiqədə Şehriban Dülek vurub.

Qeyd edək ki, “Neftçi” qrupun ilk oyununda Avstriyanın “Sankt-Pölten” (0:5) klubuna məğlub olub.