Vyetnamda baş verən “Yaqi” qasırğası nəticəsində azı 4 nəfər ölüb, 78 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli meteoroloqların sözlərinə görə, bu, son on ildə regionda baş verən ən güclü qasırğadır.

Qasırğa Vyetnamın Hayfonq və Kuanq Nin əyalətlərini vurub. Orada küləyin sürəti 149 km/saata çatıb.

Bir neçə rayonda elektrik enerjisi kəsilib. Sakinlər daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib.