Qazaxın işğaldan azad edilən dörd kəndində - Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində mühəndis-texniki işlər yekunlaşıb. Kəndlərə doğma sakinlərin köçməsi üçün hazırlıq işləri görülür.

"Unikal" "Xezerxeber"ə istinadən xəbər verir ki, sərhədin Azərbaycan hissəsində işlər başa çatıb.

Sərhəd xidmətinin təşkili üçün hər iki tərəfdə mühəndis-texniki qurğular quraşdırılıb.

Ermənistan tərəfinin xidmət postları isə düz kəndlərin yaxınlığında qurulub.

Xeyrimli kəndi ilə Ermənistan arasında sərhəd xətti müəyyənləşdirilib. Ermənistan tərəfindən sərhəddə tikanlı məftillər çəkilib. Qeyd edək ki, kənd Azərbaycana təhvil verilərkən ən çox etirazını bildirən məhz qarşı kəndin sakinləri olub. Hətta onların 12 obyekti sökülüb və ərazi Azərbaycana verilib. Bu istiqamətdə dövlət sərhəd xəttinin yaşayış massivlərinə yaxın olması ilə qarşıdakı Kirants kəndinin sakinlərinin gündəlik fəaliyyətini görmək mümkündür.

Azərbaycanlılara qarşı ən ağır faciələrin yaşandığı Bağanis Ayrım kəndindən isə sadəcə xarabalıqlar qalıb. Ermənistanın əsas tranzit yollarından biri məhz bu kəndin yaxınlığından keçir.

Ətraflı videoda: