Beyləqanda minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Beyləqan-Fizuli magistral yolunun Daşburun qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Rzayev Nazim Habil oğlu “KIA Optima" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sürücü xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən 25 yaşlı Nizami Rzayev Beyləqan rayon prokurorluğunun əməkdaşı olub. Onun atası Habil Rzayev əvvələr Şəmkir Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzində Şəmkir meşəbəyilikləri üzrə baş mütəxəssis vəzifəsində işləyir.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tural Əhmədov