Saat 8:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb.
Bu barədə “Unikal”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qrız, Lerikdə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.