Rusiya Federal Penitensiar Xidmətin Moskva vilayəti üzrə rəis müavini Talayev rüşvət almaqda təqsirli bilinib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva məhkəməsi Federal Penitensiar Xidmətin rəis müavini Vladimir Talayev 800 min rubldan çox rüşvət almaqda təqsirli bilinib. Patronaj və dəstək üçün bu pulu ona Federal Penitensiar Xidmətin müəssisələrinə süd məhsulları tədarükü ilə məşğul olan bir şirkətin nümayəndəsi verib.
Bildirilir ki, Talayev külli miqdarda rüşvət almaqda günahını etiraf edib və o, həbs edilib.
Daxili xidmət polkovnik-leytenant olan Vladimir Talayev Moskva vilayətinin Federal Penitensiar Xidmətinin rəis müavini olub. Həmçinin, o, maliyyə-təsərrüfat idarəsinin, əsaslı tikinti və təmir idarəsinin, maddi-texniki təchizat idarəsinin, eləcə də maddi-texniki və hərbi təchizat bazasına nəzarət edib.
Gülayə Mecid