Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.