Leiden Universitetinin (Niderland) alimləri müəyyən ediblər ki, gec yatan insanlarda 2-ci tip şəkərli diabetə tutulma riski artır.
"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri "Diabetologia" jurnalında təqdim olunub.
Alimlər Niderland Piylənmə Epidemiologiyası Araşdırmasında 5000-dən çox insanda yuxu vaxtı, 2-ci tip şəkərli diabet və bədən yağının paylanması arasındakı əlaqəni təhlil ediblər. Tədqiqatda orta yaş 56 və orta çəki-boy nisbəti (BMI) 30 olan könüllülər (54% qadınlar) iştirak edib.
İştirakçılar gündəlik iş rejimindən asılı olaraq qruplara bölünüblər. Birinci, "erkən" xronotip erkən qalxıb yatmağa vərdiş etmiş insanları əhatə edib. İkinci, “aralıq” qrupa tez yatıb gec oyanan könüllülər daxil edilib. Üçüncü qrupa "gec" xronotip və ya "gecə bayquşları" adlanan iştirakçılar daxil olunub.
Bütün iştirakçıların BMI və bel ətrafı ölçülüb. Bunun ardınca isə orta hesabla 6,6 illik təqib dövrü başlayıb. Bu müddət ərzində 225 nəfərə 2-ci tip şəkərli diabet diaqnozu qoyulub.
Alimlər müəyyən ediblər ki, gec xronotipi olan insanlarda bu xəstəliyə yoluxma riski ara xronotiplə müqayisədə 46% yüksəkdir. Eyni zamanda, gec xronotiplərin nümayəndələrində diabet ehtimalının artması yalnız həyat tərzi ilə izah edilə bilməz. Tədqiqatçılar gec yatmağın sirkadiyalı ritmlərin dəyişməsinə gətirib çıxardığını və bunun da metabolik pozğunluqlara səbəb olduğunu irəli sürüblər.
Gülayə Mecid