Gələn həftə xaricdə yaşayan azərbaycanlı soydaşlarımız üçün yeni konseptli dərslik çap etdirəcəyik.

"Unikal" xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

Komitə sədri bildirib ki, yeni çap ediləcək dərslik Azərbaycan dilini mükəmməl şəkildə öyrənmək istəyən soydaşlarımız üçün etibarlı və əlçatan mənbə olacaq.