"2021-ci il dekabrın 10 və ya 11-də Rusiya Federasiyasının Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Praqa sazişi Ermənistan Respublikasının suverenliyini və təhlükəsizliyini təmin edən ən son və aydın sənədlərdən biri hesab olunur: "Bu, əməliyyat deyildi, bu, Ermənistanın qələbəsi idi. Hökumət Ermənistan suverenliyinin sərhədlərini müəyyən edən hər bir sənədi imzalayacaq".
Simonyan həmçinin qeyd edib ki, Ermənistan "Artsaxın" gələcəyi üçün hər şeyi edib: "Lakin Artsax hakimiyyətini təzyiqlə kənarlaşdıran yeni hakimiyyət o gələcəyi qaba qoyub təhvil verdi, sonra helikopterə minib Ermənistana qaçdı. İndi onlar bura gəliblər və Artsax nümayəndəliyində toplantılar keçirirlər və bu günahı özlərindən təmizləməyə çalışırlar".
Ağarza Elçinoğlu