Mən Azərbaycanda saxlanılan Gevorg Sujyan məsələsi ilə daha inadkar şəkildə məşğul oluram, çünki o, hərbçi deyil.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda saxlanılan separatçılar və casuslarla bağlı məsələyə toxunub: "Bu, elə bir prosesdir ki, ondan danışmaq proseslərə fayda verməyəcək. Azərbaycanda 23 məhbus var, onlardan 11-i hərbi-siyasi lider, qalanları isə müxtəlif vaxtlarda götürülən şəxslərdir".
Spikerin sözlərinə görə, Sujyan “Yeni Ermənistan Vətəni-Diaspora” QHT-nin qurucu prezidentidir.
Xatırladaq ki, Sujyan Gevorg Rubenoviç casusluqda ittiham olunaraq 2021-ci ilin iyul ayının 28-də 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdır.
Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Ağarza Elçinoğlu