"Ukrayna ABŞ ilə məsləhətləşmələrdən sonra İstanbulda danışıqlar prosesini dayandırıb".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland deyib
Nuland qeyd edib ki, əvvəlcə Amerika tərəfi danışıqların bütün detalları və təfərrüatları barədə zəif məlumatlandırılıb. Eyni zamanda, son mərhələlərdən birində Kiyev rejimi mümkün sövdələşmənin nəticələri barədə ABŞ ilə məsləhətləşmək qərarına gəlib.
Nulandın qeyd etdiyi kimi, ABŞ-nin sazişdən çıxmağa çağırdığını birbaşa demədən, Vaşinqton Amerika tərəfinin Ukraynanın demilitarizasiyası ilə bağlı sazişdəki bəndin xoşuna gəlmədiyini göstərib.
Gülayə Mecid