Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

“Unikal” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Qərarlara əsasən, Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

***

10:34

Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.