Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi hazırda nüvə silahlarının sayını “eksponensial şəkildə” artırmaq üçün nüvə qüvvələrinin inkişafı siyasəti yürüdür.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin dövlət teleqraf agentliyi KCNA məlumat yayıb.
Şimali Koreyanın yaradılmasının ildönümü ilə bağlı çıxışı zamanı Kim vurğulayıb ki, ölkə "nüvə imkanlarını diqqətlə hazırlamalı və dövlətin təhlükəsizlik hüquqlarını təmin etmək üçün onlardan istənilən vaxt düzgün istifadə etməyə hazır olmalıdır".
Onun sözlərinə görə, “ABŞ və onun tərəfdarlarının müxtəlif təhdidlərinə” qarşı çıxmaq üçün güclü hərbi mövcudluq lazımdır. Şimali Koreya lideri əlavə edib ki, Şimali Koreya regionda ABŞ-nin rəhbərlik etdiyi nüvə hərbi bloku hesab etdiyi “ciddi təhlükə” ilə üz-üzədir.
Gülayə Mecid