İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilir ki, Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak etmək üçün Rusiyaya gedib.
O, həmçinin “Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı” planlaşdırır”, - İran mediası yazıb.
Gülayə Mecid