Sumqayıtda borc üstündə tanışını qətlə yetirməkdə təqsirləndirilən Seymur Qasımova hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Orxan Rüstəmov məhkəmədən təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O da məlum olub ki öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Onun Seymur Qasımova 300 manat borcu olub. S.Qasımov dəfələrlə ondan borcunu qaytarmasını desə də, H.Piriyev buna məhəl qoymayıb.
Hadisə törədiləndən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək etmək istəyib, lakin söhbət mübahisəyə çevrilib. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qaynanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.
S.Qasımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli