İstanbulun Kadıköy səmtinin Bostancı məhəlləsində yaşayan 58 yaşlı Çin əsilli iş adamından uzun müddətdir ki, xəbər yoxdur.
"Unikal" Türkiyə mətbuatına istinadla bildirir ki, 4 il əvvəl Yunus Dəniz adını alaraq Türkiyə vətəndaşı olan iş adamının sonuncu dəfə Bostancıda qayınatası və qayınanasının yaşadığı mənzildə göründüyü öyrənilib.
Qohumları bura gələndə qapını heç kim açmayıb. Bunun üzərinə polis qruplarına məlumat verilib.
Ehtiyat tədbiri olaraq hadisə yerinə yanğınsöndürənlər və tibb qrupları da göndərilib. Xəbər üzərinə hadisə yerinə gələn qruplar mənzildən kimyəvi qoxu aşkarlayıblar. Yanğınsöndürənlər xüsusi geyimdə mənzilə daxil olublar. Komandalar Yunus Dənizi yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Müayinədən sonra sağlamlıq qrupları Dənizin öldüyünü müəyyən edib. Ekspertizadan sonra Yunus Dənizin meyiti ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Məhkəmə Tibb İnstitutuna göndərilib. Hadisə ilə bağlı polisin araşdırması davam edir.
Seymur Əli