ABŞ-nin Vermont ştatında kiçik təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

Vermont Əyaləti Polisindən verilən açıqlamada, Konnektikutdakı bir hava limanından havaya qalxan 4 nəfərlik kiçik təyyarənin təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatdığı bildirilib.

Lakin ailə üzvlərinin təyyarədə olanların çatmadıqlarını bildirdikdən sonra polislər araşdırmaya başlayıb.

Açıqlamada, aparılan axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı və təyyarədə olan 4 nəfərin həyatını itirdiyi qeyd olunub.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məsələ ilə bağlı araşdırmalara başladığı bildirilib.

Zərifə Nağıyeva