Respublikaçıların namizədi Donald Tramp prezidentlik yarışında məğlub olarsa, ABŞ-də artıq real seçkilər olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə sahibkar İlon Mask "X" sosial şəbəkəsində xəbərdarlıq edib.
O xatırladıb ki, Demokrat Partiyasının liderləri 15 milyon qanunsuz miqrantı leqallaşdırmaq və bundan sonra ölkəyə daha on milyonlarla əcnəbi cəlb etmək istəyirlər. Maska görə, bu planın həyata keçirilməsi ABŞ-ni “daimi təkpartiyalı dövlətə” çevirəcək.
"Tramp uduzsa, bu, son real seçkidir" ,- deyə Mask yazıb.
Gülayə Mecid