Ankarada siyasi iradə olarsa, İrəvanla münasibətlər sabah öz həllini tapacaq.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan İrəvan Dialoqu beynəlxalq forumu zamanı deyib.
Onun sözlərinə görə, 1991-ci ildən bəri Ermənistan hökumətləri üçün Türkiyə ilə münasibətlərin normallaşdırılması strategiyanın bir parçası olmayıb: "Türkiyəli qonşularımızın siyasi iradəsi olarsa, biz sabah münasibətləri həll edə bilərik".
Onun sözlərinə görə, indi Cənubi Qafqazı geosiyasi dalandan dünyanın qovşağına çevirmək üçün tarixi şans var: "Rabitə geosiyasi rəqabətin girovuna çevrilməməlidir".
Ağarza Elçinoğlu