Gəncədə 2023/2024-cü tədris ilində keçirilən qəbul imtahanlarında 670-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Mahmud Fərzəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və ölkəmizin layiqli vətəndaşları aolmalarına şərait yaradır. Şəhər rəhbəri gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə iştrak edən rəsmilər məzunları təbrik edib, onlara öz tövsiyələrini verib və bundan sonrakı həyatlarında uğurlar diləyiblər.
Çıxış edən məzunlar bundan sonra daha fəal çalışaraq respublikamızın adını daim zirvəyə qaldıracaqlarını bildiriblər.
Görüşün sonunda məzunlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində keçirilən qəbul imtahanında Gəncə şəhəri üzrə 10 məzun 670-dən, 19 məzun 650-dən, 72 məzun isə 600-dən yüksək baş toplayıblar.