Şəkidə 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Qudula kəndində baş verib. Kənd sakini 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılıb.

Ağır bədən xəsarətləri alan N. Cumayev hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Seymur Əli