Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko İrana zərbə endirməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında bildirib.
“Bizim İrana zərbə vurmağa haqqımız yoxdurmu? İran Rusiyanın müttəfiqidir. Silah satır. İsrail artıq çəkinmir. İstədiyi yerə, istədiyi kimi vurur və heç bir problem yoxdur. Amma nədənsə Tehrana zərbələr endirməyimizi qəbul etmirlər”, - deyə o yazıb.
O, həmçinin təcili olaraq İranın tədqiqi və təhlili mərkəzinin yaradılmasını, həmçinin İslam Respublikasında agent axtarışına başlamağa çağırıb.