Rus stand-up komediyaçısı Dmitri Qavrilov nifrət və insan ləyaqətinin alçaldılması inzibati maddəsi ilə 13 sutka müddətinə həbs edilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nijni Novqorod Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
2023-cü il yanvarın 20-də “YouTube” videohostinqində Qavrilovun müəllifi olduğu, milli mənsubiyyətinə, dilinə, mənşəyinə, sosial qrupa mənsubluğuna görə insan ləyaqətinin alçaldılmasının linqvistik əlamətlərini özündə əks etdirən videoçarx aşkar edilib.
Qeyd edək ki, Qavrilov sentyabrın 8-də Nijni Novqoroddakı konsertindən əvvəl saxlanılıb.
Fidan Nuriyeva