Türkiyənin Adana şəhərində orta məktəb şagirdlərini daşıyan avtobus aşıb. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərin Çukur ərazisində qeydə alınan hadisədə 9 nəfər yaralanıb. 

Qeyd edək ki, qəzada yaralanan sürücü və 8 şagird sağlamlıq qrupları tərəfindən Karaisalı Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Fidan Nuriyeva