“Kontakt” mağazalar şəbəkəsinin mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasında uduş məbləği dayanmadan artır. Belə ki, kampaniyadan yararlanan müştərilər indiyədək tam 218 406 manatlıq məbləği geri qazana bilib. 

"Unikal" xəbər verir ki, bir yandan geri qazanılan məbləğlər artarkən, digər yandan kampaniyanın ən böyük mükafatı olan “Sea Breeze”dən lüks mənzil qazanmaq imkanı da davam edir. Hətta, möhtəşəm finalda zər yarışdıracaq 4 nəfər iştirakçının artıq kimliyi də müəyyənləşib və final gününü səbrsizliklə gözləyirlər. Onlardan İsmayılova Könül öz hislərini belə ifadə edir: 

“Anam və qardaşımla “Kontakt”ın Xırdalan mağazasına getdik. Mətbəxə aid 3 avadanlıq seçdik, götürdük. Ödəniş edilən sonra elə özüm dedim ki, neçə vaxtdır görürəm,“Şeş-Qoşa” oynamaq istəyirəm. Bir zər atdım, qardaşım dedi ki, davam etmə. Nə qazanmısan bəsdir. Onu eşitmədim... iki dəfə də atdım, şeş düşdü. Qardaşım sonda dedi ki, yaxşı ki, məni eşitmədin... (gülür). Geri qazandığım 100%-lik məbləğlə neçə vaxtdır mətbəximə almaq istədiklərimi alacam...”  

 Qeyd edək ki, kampaniya nağd ödənişlərlə yanaşı, “endirimli qiyməti 6 dəfəyə ödə” və kredit alışlarına da şamil edilir.  

Hələ də davam edən “Şeş-Qoşa” kampaniyasından yararlanmaq istəyənlər üçün bildirək ki, elə indi istənilən “Kontakt” mağazasına gəlməklə:

  • “Şeş” atıb aldığınız məhsulun 5,25 və 100% dəyərini geri qazana; 

  •  “Şeş-Qoşa” atıb 2024 model “Toyota Corolla Cross” avtomobilinin sahibi ola;

  • Və növbəti “Şeş-Qoşa” atışı ilə “Sea-Breeze”dən mənzil apara bilirsiniz!

Ətraflı məlumatı bu keçiddən, mağazaları isə buradan təyin etmək mümkündür.