Bakıda vətəndaş ilə avtobus sürücüsü arasında dava olub.

 "Unikal" xəbər verir ki, 199 saylı sərnişin marşrutunun sürücüsü ilə nəqliyyat vasitəsindəki sərnişin mübahisə etməyə başlayıblar.

Avtobusda olan digər vətəndaşlar onları ayırıb və sərnişin avtobusdan aşağı salınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.