ABŞ-də aparılan yeni araşdırma təəccüblü həqiqəti üzə çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Oxford Academic"in "Endocrinology" jurnalında dərc olunub.
Araşdırmaların nəticəsində qızların yetkinliyə daha tez daxil olduğu məlum olub. Buna səbəb qızların yuyucu vasitələr, ətirlər və ya şəxsi qulluq vasitələri və kimyəvi maddələrə daha çox məruz qaldıqları bildirilib.
Tədqiqatçılar cinsi yetkinliyə erkən daxil olmanın psixososial problemlər, piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və döş xərçəngi riskinin artmasına səbəb ola biləcəyini və kimyəvi maddələrə məruz qalmanın qızlarda yetkinlik prosesində əsas rol oynayan müəyyən reseptorları işə sala biləcəyini bildiriblər.
Son illərdə qızların yetkinlik yaşına daha erkən daxil olduğunu bildirən mütəxəssislər valideynləri uşaqları üçün fərdi qulluq vasitələrindən istifadə edərkən diqqətli olmağa çağırıb.
Zərifə Nağıyeva