YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev böyük Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Tural Elxan oğlunun ailəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının Yeni Azərbaycan Partiyası tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə daim diqqət mərkəzində olduğu bildirilib.
Şəhidin ailəsinin bundan sonra da dövlətin və Partiyanın qayğısı ilə əhatə olunacağı qeyd olunub.
Qeyd edək ki, Vətən müharibəsində şərəfli döyüş yolu keçən Tural Məmmədov Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif edilib.