Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin bizə əmanət qoyduğu övladları, eləcə də qazilərin övladları təbrik edilib.
"Unikal" xəbər verir ki, ilk dəfə məktəbə qədəm qoyacaq məktəblilərə təhsillərində uğurlar arzulanıb, azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub, onlarla xatirə şəkilləri çəkdirilib.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.