Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Səməd Vurğun küçəsi, 956-cı məhəllə ünvanı (“Respublika Pediatriya Mərkəzi” PHŞ) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
"Unikal"ın məlumatına görə, təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.
Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri gündən-günə genişlənir: “Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, müxtəlif yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.
Çıxışlardan sonra səsvermə keçirilib və Səməd Vurğun küçəsi, 956-cı məhəllə ünvanı üzrə ərazi partiya təşkilatı təsis edilib. Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov yekdilliklə ərazi partiya təşkilatının sədri, 2 saylı Q.Qarayev adına Uşaq Kliniki Xəstəxanasının baş həkimi Şəhla Quliyeva isə sədr müavini seçilib. Onlar göstərilən etimada görə təşəkkür ediblər.