Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 12-də Özbəkistana rəsmi səfərə yollanacaq.
"Unikal" bu barədə TRT kanalına istinadən məlumat verir.
Məlumata görə, H.Fidanla birgə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da Özbəkistana yollanacaq.
Səfər çərçivəsində təhlükəsizlik, eləcə də iki və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.