Cəlilabadda 3 gün əvvəl Azərbaycan küçəsində fərdi yaşayış evində baş vermiş yanğında xəsarət alan azyaşlı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada vəfat edib.
Xatırladaq ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq - Rüqəyya İsmayılova isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.