Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin böyük tibb bacısı Sevda Həsənova dünən vəfat edib.
Qeyd edək ki, Sevda Həsənova 1962-ci il tarixində Qazax rayonunda anadan olub. 2015-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin böyük tibb bacısı vəzifəsinə təyin olunub.