İsrail ordusu Qəzza zolağında mülki şəxslərin sığındığı bir məktəbə hücum edib. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) aid Əl Cauni məktəbinin hədəfə alındığı bildirilib.

Hücum zamanı aralarında qadın və uşaqların da olduğu 14 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Qeyd edək ki, ölənlər arasında Həyatını itirənlər arasında UNRWA əməkdaşlarının da olduğu qeyd olunub. 

Fidan Nuriyeva