İran “Zəngəzur dəhlizi”ndə qərarlıdır və təslim olmaq niyyətində deyil.

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında məlumat dərc olunub. 

"Regional güc kimi İran onilliklər ərzində öz qətiyyətini sübut edib, o cümlədən Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gəlib. İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə, istər siyasi, istərsə də hərbi təzyiq onun təsirini zəiflətmək iqtidarında deyil. İranın maraqlarından yan keçərək regional tarazlığı pozmaq cəhdi güclü müqavimətlə qarşılanacaq. Ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqelərini müdafiə etməyə davam edəcək", - məlumatda deyilir.

Ağarza Elçinoğlu