Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündə bildirib ki, Qərb silahlarının Rusiya Federasiyasının dərinliklərinə hücumları halında Ukrayna yalnız hərbi hədəflərdə maraqlı olacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
"Zelenski onlara Ukraynanın yalnız hərbi məqsədlərlə maraqlandığını bildirib və ölkəsinin yaxın aylar üçün planlarını müzakirə edib”, - agentlik bildirib.
Sentyabrın 11-də Zelenski Kiyevdə Blinken və Lammi ilə çox mənalı və uzun söhbət etdiyini açıqlayıb.
Gülayə Mecid