Məşhur erməni blogger Eva Piloyanın qardaşı gecə saatlarında Moskvada insident törədib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı Artur Piloyan "On the Moon" adlı karaoke barının qarşısında insanlara atəş açıb.
Buna səbəb sərxoş erməninin müəssisədən qovulması olub. O, qisas almaq məqsədilə barın qarşısında avtomatı ilə ruslara atəş açıb.
Moskva polisi Arturu saxlayıb. Onun barəsində cinayət işi açılıb.
Gülayə Mecid