"Miss Turkey 2024" gözəllik müsabiqəsi İstanbulun Haliç qəsəbəsindəki hoteldə keçirilib. 20 finalçının mübarizə apardığı yarışmada İdil Bilgen "Türkiyənin ən gözəl qızı" seçilib.

"Unikal" xəbər verir ki, gözəllik kraliçası seçilən İdil Bilgenin görünüşü sosial mediada diqqət çəkən mövzulardan olub. Bir çox izləyici onun gözəllik standarlarına sahib olmadığını bildirib. 

"Miss Turkey 2024" müsabiqəsinin qalibi olan 24 yaşlı İdil Koç Universiteti Tibb Fakültəsinin məzunudur.