İordan çayının qərb sahilində nümayiş zamanı İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cənazəsi Bakıdan İstanbula göndərilib.
"Unikal" xəbər verir ki, Eyginin cənazəsini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları qarşılayıblar.
Bakıda Türkiyə bayrağına bükülmüş cənazə Türk Hava Yolları (THY)nin İstanbul təyyarəsinə təslim edilərək Türkiyəyə yola salınıb.
Zərifə Nağıyeva