Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Anna Danibekyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Seyran Ohanyanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə qərarını ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Kassasiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
İş yeni istintaqın aparılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.