Nyu-York əyalət hakimi müğənni Castin Timberleykə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə seçilmiş qeyri-kommersiya təşkilatında 25 saat ictimai xidmətə məhkum edib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bundan əlavə, Timberleyk 250 dollar əlavə ödənişlə 500 dollar cərimə ödəməlidir.
İyun ayında müğənni ABŞ-də Lonq Aylenddə (Nyu-York) sərxoş vəziyyətdə maşın sürdüyü üçün saxlanılıb. İlkin ittiham - sərxoş halda avtomobil idarə etmək - onu min dollara qədər cərimə və bir ilə qədər həbslə hədələyib. Lakin Timberleyk sonradan etiraf sövdələşməsinə nail olub və "əlverişsiz vəziyyətdə avtomobil idarə etmək"də günahını etiraf edib.